Fəaliyyət | Aqrar Tədqiqatlar Mərkəzi

Monitorinq və qiymətləndirmə

Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən beynəlxalq təcrübədə istifadə olunan metodikalar əsasında aqrar siyasətin nəticələri ilə bağlı monitorinq və qiymətləndirmə həyata keçirilir. Bu monitorinq və qiymətləndirmə aşağıdakı istiqamətləri əhatə edir:

  • Kənd təsərrüfatının dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişafı məsələləri üzrə strateji hədəf göstəricilərinin monitorinqi və qiymətləndirilməsi;
  • Kənd təsərrüfatına dövlət dəstəyi siyasətinin müvafiq məqsədlər üzrə effektivliyinə dair monitorinq və qiymətləndirmənin aparılması;
  • Aqrar siyasətin kənd təsərrüfatı məhsulları istehsalçılarının təsərrüfat fəaliyyətinə təsirinin monitorinqi və qiymətləndirilməsi;
  • Aqrar siyasətə dair dövlət proqramlarının icrasına dair monitorinq və qiymətləndirmənin aparılması;
  • Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan qurumlar tərəfindən göstərilən xidmətlərin səmərəliliyinə dair monitorinq və qiymətləndirmənin aparılması.