Aqrar Tədqiqatlar Mərkəzi doktorantura və dissertantura hazırlığı üzrə Sahə İqtisadiyyatı ixtisasına qəbul elan edir

Qəbul Planı, Qəbul Qaydaları, qəbul üçün tələb olunan sənədlər, xarici dil imtahanının təxmini strukturu və ixtisas fənni imtahanının sualları

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 10 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə Sahə İqtisadiyyatı – 5312.01 ixtisasına doktorantura və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər 1 aprel 2023-ci il tarixindən başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmaqla “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Sənəd qəbulu üçün son tarix: 16 may 2023-cü il.

Aqrar Tədqiqatlar Mərkəzi üzrə təsdiq olunmuş Qəbul Planını təqdim edirik:

Fəlsəfə doktoru proqramı üzrə doktorantura, büdcə hesabına 

İxtisasın şifri

İxtisasın adı

Plan yer sayı

Əyani

Qiyabi

5312.01

Sahə iqtisadiyyatı

-

2

Fəlsəfə doktoru proqramı üzrə doktorantura, büdcə hesabına  

İxtisasın şifri

İxtisasın adı

Plan yer sayı

Əyani

Qiyabi

5312.01

Sahə iqtisadiyyatı

-

1