Image

İnam Kərimov: Kənd təsərrüfatı sahəsinə gənclər cəlb edilməlidir

24 İyun 2019

"Azərbaycanda kənd təsərrüfatı gənclər üçün cəlbedici və gəlirli sahəyə çevrilməlidir", -bunu BMT-nin iyun ayının 24-də Bakıda keçirdiyi "Dövlət Xidmətləri Forumu -2019" tədbiri çərçivəsindəki “Hər kəsi əhatə edən inklüziv və bərabər xidmətlər” mövzusunda panel sessiyasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

“Yeni-yeni inkişaf üsulları, müxtəlif dəstək mexanizmləri tətbiq etməyə, hazırda vergidən azad olunmuş kənd təsərrüfatına subsidiyalar ayırmağa çalışırıq. Məqsədimiz kənd təsərrüfatını şəffaf, sadə, səmərəli hala gətirməkdir”, - deyən nazir bu məqsədlərə modern texnologiyaları tətbiq etməklə çatmağın mümkün olduğunu, Kənd Təsərrüfatı Nazirliyinin "ASAN xidmət"lə birgə bu istiqamətdə fəaliyyət göstərdiyini qeyd edib.

Gənclərin kənd təsərrüfatına, kənd məhsulları istehsalına maraq göstərmədiyini vurğulayan nazir kənd təsərrüfatını cəlbedici və gəlirli hala gətirmək üçün yollar tapılmasının vacibliyini vurğulayıb

"Azərbaycanda kənd təsərrüfatı gənclər üçün cəlbedici və gəlirli sahəyə çevrilməlidir", -bunu BMT-nin iyun ayının 24-də Bakıda keçirdiyi "Dövlət Xidmətləri Forumu -2019" tədbiri çərçivəsindəki “Hər kəsi əhatə edən inklüziv və bərabər xidmətlər” mövzusunda panel sessiyasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

“Yeni-yeni inkişaf üsulları, müxtəlif dəstək mexanizmləri tətbiq etməyə, hazırda vergidən azad olunmuş kənd təsərrüfatına subsidiyalar ayırmağa çalışırıq. Məqsədimiz kənd təsərrüfatını şəffaf, sadə, səmərəli hala gətirməkdir”, - deyən nazir bu məqsədlərə modern texnologiyaları tətbiq etməklə çatmağın mümkün olduğunu, Kənd Təsərrüfatı Nazirliyinin "ASAN xidmət"lə birgə bu istiqamətdə fəaliyyət göstərdiyini qeyd edib.

Gənclərin kənd təsərrüfatına, kənd məhsulları istehsalına maraq göstərmədiyini vurğulayan nazir kənd təsərrüfatını cəlbedici və gəlirli hala gətirmək üçün yollar tapılmasının vacibliyini vurğulayıb.