Image

Aqrar Tədqiqatlar Mərkəzində beynəlxalq tvininq layihəsi çərçivəsində treninq keçirildi

11 İyul 2019

Bu gün Aqrar Tədqiqatlar Mərkəzində “Twinning Project AZ/ENI/AG/01/18” – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Potensialının Artırılması layihəsi çərçivəsində beynəlxalq treninq keçirilib.

Tədbirə layihənin rəhbəri, daimi tvinninq müşaviri Giuliano Polenzaninin başçılıq etdiyi nümayəndə heyəti qatılıb. Treninqdə Rikardo Passero “Avropa İttifaqının kənd təsərrüfatının inkişafının həyata keçirilməsi və çatdırılma modelinə dair ümumi baxış", Alessandro Monteleone isə "Kənd təsərrüfatının inkişafında Avropa İttifaqı monitorinqi və qiymətləndirmə sistemi" mövzusunda təqdimat ediblər.