Image

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru “Lider” televiziyasının qonağı olub - VİDEO

15 Avqust 2019

Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə “Lider” televiziyasının “Mövqe” verilişinin qonağı olub. Mərkəz rəhbəri ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı dövlət siyasəti, aqrar sahədə aparılan islahatlar, bu islahatların məqsəd və nəticələri, perspektivləri barədə danışıb.

F.Fikrətzadə islahatların istiqamətlərini xarakterizə edərkən əsas 3 strateji hədəfin olduğunu vurğulayıb: “Birinci məsələ kənd təsərrüfatı sahəsində çevik və şəffaf idarəetmə sisteminin qurulmasını nəzərdə tutur. İkinci əsas məsələ bütün islahatların fermerə yaxınlıq prinsipi əsasında aparılmasını nəzərdə tutur. Üçüncü əsas məsələ kənd təsərrüfatında innovasiyaların tətbiqini nəzərdə tutur”.

Mərkəz direktoru fermerlərə dövlət dəstəyi və subsidiya siyasəti ilə bağlı fikirlərini də bölüşüb.

Verilişdə səslənən digər maraqlı fikirlərlə təqdim etdiyimiz videoda tanış ola bilərsiniz: