Fəaliyyət | Aqrar Tədqiqatlar Mərkəzi

2020

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində
Aqrar Tədqiqatlar Mərkəzinin Elmi Şurasının
31 yanvar 2020-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir

 

Aqrar Tədqiqatlar Mərkəzinin 2020-ci il üzrə İş Planı

 

  • Tədbirin adı
    Məsul icraçılar
    Son icra tarixi
  • I. ELMİ-TƏDQİQAT FƏALİYYƏTİ
  • 1.1. “Kənd təsərrüfatının dayanıqlı inkişaf problemləri” üzrə elmi-tədqiqat mövzuları
  • 1.1.1.
    Azərbaycan Respublikasında aqrar siyasətin dayanıqlı inkişaf prinsipləri baxımından qiymətləndirilməsi və təkmilləşdirilməsi istiqamətləri (I mərhələ)
    Noyabr
  • 1.1.2.
    Dayanıqlı inkişaf amilləri nəzərə alınmaqla kənd təsərrüfatı sahəsinin inkişafının proqnozlaşdırılması metodologiyasının hazırlanması (I mərhələ)
    Dekabr
  • 1.1.3.
    Azərbaycan Respublikasında kənd təsərrüfatı və emalı sənayesinin qlobal dəyər zəncirinə inteqrasiyası məsələləri (I mərhələ)
    Noyabr
  • 1.1.4.
    Azərbaycan Respublikasında kənd təsərrüfatı təyinatlı torpaq bazarının inkişafı problemləri (I mərhələ)
    Dekabr
  • 1.2. “Kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqinin iqtisadi məsələləri” üzrə elmi-tədqiqat mövzuları
  • 1.2.1.
    Azərbaycan Respublikasında kənd təsərrüfatı innovasiyalarının tətbiqinin stimullaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri
    Dekabr
  • 1.3. “Aqrobiznes mühitinin təkmilləşdirilməsi problemləri” üzrə elmi-tədqiqat mövzuları
  • 1.3.1.
    Azərbaycan Respublikasında aqrobiznes sahələri üzrə vergi-gömrük tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri
    İyul
  • 1.3.2.
    Kənd təsərrüfatı sahəsi üzrə risklərin qiymətləndirilməsi metodologiyasının hazırlanması (I Mərhələ)
    Dekabr
  • 1.3.3.
    Azərbaycan Respublikasında suvarma suyu üzrə tənzimləmə sisteminin təkmilləşdirilməsi istiqamətləri
    Sentyabr
  • II. MƏLUMAT BAZALARININ YARADILMASI, ANALİTİKA, MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ FƏALİYYƏTİ
  • 2.1. Diaqnostika, təhlil və proqnozlaşdırma
  • 2.1.1.
    “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na uyğun olaraq aqrar sahə üzrə strateji planın və tələb olunan büdcə xərcləri üçün əsaslandırmanın hazırlanması
    Aprel
  • 2.1.2.
    Kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı ortamüddətli dövr üzrə strateji hədəflərin reallaşdırılması üçün ehtiyacların müəyyənləşdirilməsi
    May
  • 2.1.3.
    “2021-2025-ci illər üzrə kənd təsərrüfatının inkişafına dair Strateji Yol Xəritəsi” layihəsinin tərtib olunması məqsədilə əsaslandırmaların hazırlanması
    Sentyabr
  • 2.1.4.
    EKTİS məlumatları əsasında qısamüddətli dövrlərdə bazar konyukturası üzrə gözləntilərə dair hesabatların hazırlanması sisteminin qurulması
    Mart
  • 2.1.5.
    Toxumçuluğun inkişafı ilə bağlı təkliflərin hazırlanması
    İyun
  • 2.1.6.
    Ərzaq təyinatlı buğda və digər dənli bitkilər istehsalının artırılması ilə bağlı təkliflərin hazırlanması
    İyul
  • 2.1.7.
    Bitki yağları istehsalında istifadə olunan xammalın (günəbaxan, qarğıdalı, zeytun və s.) yerli istehsalının artırılması imkanlarının qiymətləndirilməsi
    May
  • 2.1.8.
    Taxıl anbarları infrastrukturuna dair diaqnostikanın aparılması və təkliflərin hazırlanması
    İyun
  • 2.1.9.
    Xırdabuynuzlu heyvandarlıq sahəsi üzrə diaqnostikanın aparılması
    Noyabr
  • 2.1.10.
    Arıçılıq sahəsinin inkişafı ilə bağlı təkliflərin hazırlanması
    Oktyabr
  • 2.1.11.
    Damazlıq quşçuluğun inkişafı ilə bağlı təkliflərin hazırlanması
    Oktyabr
  • 2.1.12.
    İstehsal, idxal-ixrac göstəricilərinə, daxili bazar qiymətlərinə və dünya bazarı və regional bazar konyukturasına dair operativ hesabatların hazırlanması
    Hər ay
  • 2.2. Monitorinq və qiymətləndirmə
  • 2.2.1.
    Aqrar siyasət üzrə müvafiq sənədlərin icrasına dair Nazirliyin aidiyyəti qurumlarının hesabatlarının elektron təqdim olunması sisteminin qurulması
    Aprel
  • 2.2.2.
    “Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sistemi” çərçivəsində sorğuların keçirilməsi
    Dekabr
  • 2.2.3.
    Fermerlərin məhsul bazarına çıxışına və istehsal resurslarının əlyetərliyinə dair monitorinqin aparılması
    Noyabr
  • 2.2.4.
    Aqrar sahə üzrə lisenziya, icazə və sertifikatların verilməsi sisteminin qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması
    Dekabr
  • 2.3. İlkin texniki-iqtisadi əsaslandırmaların və investisiya layihələrinin hazırlanması
  • 2.3.1.
    Pambıqçılıq klasterinin formalaşdırılması üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın hazırlanması
    Fevral
  • 2.3.2.
    Aquakultura balıqçılığı üzrə nümunəvi investisiya layihəsinin hazırlanması
    Mart
  • 2.3.3.
    İribuynuzlu və xırdabuynuzlu heyvandarlıq fermalarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin hazırlanması
    Sentyabr
  • 2.3.4.
    Toxumçuluq sahələri üzrə nümunəvi investisiya layihələrinin hazırlanması
    Dekabr
  • 2.3.5.
    Müasir suvarma sistemlərinin tətbiqinin iqtisadi səmərəsinin qiymətləndirilməsi.
    Oktyabr
  • 2.3.6.
    İntensiv və superintensiv meyvə bağlarının salınması üzrə nümunəvi investisiya layihələrinin hazırlanması
    Dekabr
  • 2.3.7.
    Soyuducu anbarların və taxıl elevatorlarının qurulması üzrə nümunəvi investisiya layihələrinin hazırlanması
    Dekabr
  • 2.4. Məlumat bazalarının yaradılması
  • 2.4.1.
    Müxtəlif məzmunlu (mövcud əkin sahələri, deqradasiya olunmuş torpaqlar, çoxillik əkmələr, istixanalar, suvarma sistemləri, kənd yerlərində yollar və s. üzrə) elektron xəritələrin hazırlanması
    Dekabr
  • 2.4.2.
    Kənd təsərrüfatı məhsulları üzrə qiymət informasiya sisteminə - www.aqrarbazar.az portalına supermarketlərin qiymət məlumatları bazasının inteqrasiyasının davam etdirilməsi
    İyun
  • 2.4.3.
    Aqrar Kredit və İnkişaf Agentliyinin və Aqrar Xidmətlər Agentliyinin müvafiq fəaliyyətləri üzrə statistik məlumatların elektron sisteminin qurulması
    Aprel
  • 2.4.4.
    İnformasiya-məsləhət xidmətlərinin çevikliyinin təmin edilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün mobil aplikasiyanın tətbiq edilməsi
    Dekabr
  • III. AQRAR TƏDQİQATLAR MƏRKƏZİNİN İNSTİTUSİONAL POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ VƏ TƏŞKİLATİ TƏDBİRLƏR
  • 3.1. Potensialın gücləndirilməsi
  • 3.1.1.
    Tədqiqat, analitika, proqnozlaşdırma, planlaşdırma, monitorinq və qiymətləndirmə fəaliyyətləri ilə bağlı potensialın gücləndirilməsi tədbirlərinin təşkil edilməsi
    İl ərzində
  • 3.1.2.
    Ekonometrik modelləşdirmə, statistik təhlil və məlumat bazaları üzrə proqram təminatının gücləndirilməsi
    İl ərzində
  • 3.1.3.
    Vəzifə təlimatlarının yenilənməsi, işə qəbul qaydalarının təsdiq olunması və işçilərin fəaliyyətinin qiymətləndirilməsi və motivasiya sisteminin qurulması
    Sentyabr
  • 3.1.4.
    Publik hüquqi şəxslərin maliyyə idarəetməsi prosedurlarına uyğun təlimlərin keçirilməsi
    İl ərzində
  • 3.2. İctimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlığın inkişafı və bazara təklif olunan xidmətlərin yaradılması
  • 3.2.1.
    ATM-in biznes təqdimatının (iki dildə) hazırlanması
    Aprel
  • 3.2.2.
    ATM-in yerli və xarici tədqiqat mərkəzləri, universitetlər, məsləhət şirkətləri və digər tərəfdaşlarla əməkdaşlığının genişləndirilməsi
    İl ərzində
  • 3.2.3.
    Aqrobiznes sektorunda fəaliyyət göstərən şirkətlərə araşdırma, analitika, informasiya və təlim xidmətlərinin göstərilməsi işinin təşkili
    İl ərzində
  • 3.2.4.
    PR fəaliyyəti üzrə hədəf qruplarının və ünvanlı tədbirlərin müəyyən olunması
    Aprel
  • 3.3. Doktorantura və elmi-təşkilati işlər
  • 3.3.1.
    “Kənd təsərrüfatının iqtisadiyyatı” elmi-praktiki jurnalının nəşrinə başlanılması
    Fevral
  • 3.3.2.
    Doktorant və dissertantların elmi-tədqiqat işlərinin keyfiyyətinə nəzarət sisteminin yaradılması
    İl ərzində
  • 3.3.3.
    Aqrar Tədqiqatçıların Müzakirə Platformasının (ATM Platforması) əhatə dairəsinin genişləndirilməsi və populyarlaşdırılması
    İl ərzində
  • 3.3.4.
    Əməkdaşların və doktorantların nüfuzlu elmi nəşrlərdə məqalələrinin dərc olunmasının dəstəklənməsi
    İl ərzində
  • 3.3.5.
    “Kənd təsərrüfatının davamlı inkişafı: qlobal çağırışlar və Azərbaycanda həyata keçirilən islahatlar” mövzusunda elmi-praktiki konfransın keçirilməsi
    Dekabr