Aqrar Tədqiqatlar Mərkəzi ölkədə həyata keçirilən aqrar islahatların müasir mərhələsinin və qlobal çağırışların tələblərinə uyğun olaraq aqrar siyasətin daha da təkmilləşdirilməsi məqsədilə elmi əsaslandırmaları həyata keçirir.
Bu məqsədlə Mərkəz tərəfindən aşağıdakı istiqamətlərdə tədqiqatlar aparılır:
- Aqrar sahənin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi;
- Aqrar sahə üzrə dövlət tənzimlənməsinin, o cümlədən dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi;
- Kənd təsərrüfatı məhsulları üzrə ticarət siyasətinin təkmilləşdirilməsi;
- Kənd təsərrüfatı məhsulları üzrə qlobal dəyər zəncirinə inteqrasiyanın gücləndirilməsi;
- Fermerlərin bazara çıxışının yaxşılaşdırılması üçün ehtiyacların müəyyən edilməsi;
- Aqrar sahə üzrə bazar infrastrukturunun inkişafı problemləri;
- Fermerlərin resurslar və xidmətlərlə təminatının yaxşılaşdırılması üçün ehtiyacların müəyyən edilməsi;
- Kənd təsərrüfatı sahəsi üzrə istehsal resursları, xidmətlər bazarı və infrastrukturun inkişafı problemləri;
- Aqrobiznes mühitinin təkmilləşdirilməsi və aqrar sahə üzrə investisiya cəlbediciliyinin artırılması məsələləri;
- Aqrar sahədə innovasiyaların tətbiqinin genişləndirilməsi üçün zəruri mexanizmlərin yaradılması;
- Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsinin iqtisadi mexanizmləri;
- Kənd təsərrüfatında məşğulluq, gəlir və kənd yerlərinin inkişafı problemləri.