Fəaliyyət | Aqrar Tədqiqatlar Mərkəzi

2021

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində
Aqrar Tədqiqatlar Mərkəzinin Elmi Şurasının
29 yanvar 2021-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir

 

Aqrar Tədqiqatlar Mərkəzinin 2021-ci il üzrə İş Planı

 

  • Tədbirin adı
    Məsul icraçılar
    Son icra tarixi
  • I. ELMİ-TƏDQİQAT FƏALİYYƏTİ
  • 1.1. “Kənd təsərrüfatının dayanıqlı inkişaf problemləri” üzrə elmi-tədqiqat mövzuları
  • 1.1.1.
    Azərbaycan Respublikasında aqrar siyasətin dayanıqlı inkişaf prinsipləri baxımından qiymətləndirilməsi və təkmilləşdirilməsi istiqamətləri (II Mərhələ)
    Dekabr
  • 1.1.2.
    Dayanıqlı inkişaf amilləri nəzərə alınmaqla kənd təsərrüfatı sahəsinin inkişafının proqnozlaşdırılması metodologiyasının hazırlanması (II Mərhələ)
    Dekabr
  • 1.1.3.
    Azərbaycan Respublikasında kənd təsərrüfatı və emalı sənayesinin qlobal dəyər zəncirinə inteqrasiyası məsələləri (II Mərhələ)
    Dekabr
  • 1.1.4.
    Azərbaycan Respublikasında kənd təsərrüfatı təyinatlı torpaq bazarının inkişafı problemləri (II Mərhələ)
    Dekabr
  • 1.2. “Kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqinin iqtisadi məsələləri” üzrə elmi-tədqiqat mövzuları
  • 1.2.1.
    Azərbaycan Respublikasında kənd təsərrüfatı innovasiyalarının yaradılması və tətbiqinin stimullaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri (II Mərhələ)
    Dekabr
  • 1.3. “Aqrobiznes mühitinin təkmilləşdirilməsi problemləri” üzrə elmi-tədqiqat mövzuları
  • 1.3.1.
    Azərbaycan Respublikasında aqrobiznes sahələri üzrə vergi-gömrük tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri (II Mərhələ)
    İyun
  • 1.3.2.
    Kənd təsərrüfatı sahəsi üzrə risklərin qiymətləndirilməsi (II Mərhələ)
    Dekabr
  • 1.3.3.
    Azərbaycan Respublikasında suvarma suyu üzrə tənzimləmə sisteminin təkmilləşdirilməsi istiqamətləri (II Mərhələ)
    Sentyabr
  • II. MƏLUMAT BAZALARININ YARADILMASI, ANALİTİKA, MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ FƏALİYYƏTİ
  • 2.1. Diaqnostika, təhlil və proqnozlaşdırma
  • 2.1.1.
    Kənd təsərrüfatı məhsulları istehsalı, emalı, idxalı və ixracı göstəricilərinə dair 2025 və 2030-cu illər üzrə proqnozların işğaldan azad olunmuş ərazilər nəzərə alınmaqla yenilənməsi
    Fevral
  • 2.1.2.
    Vahid əkin sisteminin tətbiqi ilə bağlı əsaslandırmanın hazırlanması
    Fevral
  • 2.1.3.
    Milli təhlükəsizliyə kənd təsərrüfatı sahəsi ilə bağlı təhdidlərin qiymətləndirilməsi və preventiv tədbirlərə dair təkliflərin hazırlanması
    Aprel
  • 2.1.4.
    Kənd təsərrüfatı məhsulları bazarı üzrə intervensiya sisteminin qurulması mexanizmlərinə dair əsaslandırmanın hazırlanması
    May
  • 2.1.5.
    İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfat məhsulları istehsalının optimal strukturunun müəyyən edilməsi
    İyun
  • 2.1.6.
    İstixana sektorunun institusional, texnoloji və bazar/məhsul strukturu üzrə diaqnostikasının aparılması
    İyul
  • 2.1.7.
    Aqroservis xidmətləri bazarının inkişaf etdirilməsi ilə bağlı təkliflərin hazırlanması
    Sentyabr
  • 2.1.8.
    Günəbaxan istehsalı sahəsi üzrə diaqnostikanın aparılması
    Sentyabr
  • 2.1.9.
    Kənd təsərrüfatı məhsulları üzrə logistika infrastrukturuna dair diaqnostikanın aparılması və təkliflərin hazırlanması
    Oktyabr
  • 2.1.10.
    Damazlıq sahəsinin inkişaf etdirilməsi üçün təkliflərin hazırlanması
    Noyabr
  • 2.1.11.
    Rayonlar üzrə kənd təsərrüfatı məhsulları istehsalının diaqnostik hesabatının hazırlanması
    Dekabr
  • 2.1.12.
    Pilot təcrübə kimi 3 rayonda kənd yerlərinin orta müddətli sosial-iqtisadi inkişafı üzrə strateji planın hazırlanması
    Dekabr
  • 2.1.13.
    Kənd təsərrüfatının alt-sahələrinin göstəriciləri üzrə statistik arayışların hazırlanması
    İl ərzində
  • 2.2. Monitorinq və qiymətləndirmə
  • 2.2.1.
    Aqrar siyasətin icrasına dair monitorinq və qiymətləndirmə hesabatının hazırlanması
    Dekabr
  • 2.2.2.
    Kənd təsərrüfatı sahəsi üzrə əmək bazarının monitorinqinin aparılması
    Dekabr
  • 2.2.3.
    “Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sistemi” çərçivəsində sorğuların keçirilməsi
    Noyabr
  • 2.2.4.
    Fermerlərin məhsul bazarına çıxışına və istehsal resurslarının əlyetərliliyinə dair monitorinqin aparılması
    Dekabr
  • 2.2.5.
    Biznes mühitin təkmilləşdirilməsi ehtiyaclarının öyrənilməsi məqsədilə kiçik və orta fermerlər, emalçılar və ticarətçilər arasında sorğunun keçirilməsi
    May
  • 2.2.6.
    Əhali və HORECA sektoru tərəfindən kənd təsərrüfatı məhsullarının alışı kanallarının strukturunun öyrənilməsi məqsədilə sorğunun keçirilməsi
    Sentyabr
  • 2.3. İlkin texniki-iqtisadi əsaslandırmaların və investisiya layihələrinin hazırlanması
  • 2.3.1.
    Xırdabuynuzlu heyvandarlıq fermalarının qurulması üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın hazırlanması
    Fevral
  • 2.3.2.
    Nərəkimilər üzrə akvakultura və marikultura balıqçılığı üzrə nümunəvi investisiya layihəsinin hazırlanması
    Mart
  • 2.3.3.
    İpəkçilik və yunçuluq klasterlərinin formalaşdırılması üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın hazırlanması
    Sentyabr
  • 2.3.4.
    İnvitro toxumçuluğu üzrə nümunəvi investisiya layihələrinin hazırlanması
    İyun
  • 2.3.5.
    Meyvə-tərəvəz məhsullarının emalı sənayesi müəssisələrinin yaradılması üzrə ilkin texniki-iqtisadi əsaslandırmaların hazırlanması
    Oktyabr
  • 2.3.6.
    İntensiv və superintensiv meyvə bağlarının salınması üzrə nümunəvi investisiya layihələrinin hazırlanması
    İl ərzində
  • 2.4. Məlumat bazalarının yaradılması
  • 2.4.1.
    Aqrar sığorta üzrə informasiya bazasının yaradılması üçün məlumatların təmin edilməsi
    İl ərzində
  • 2.4.2.
    Kənd Təsərrüfatları Kreditlərinin Qiymətləndirilməsi üzrə İnformasiya Sisteminin (AZALES) məlumat bazasının yenilənməsi
    Fevral
  • 2.4.3.
    Pilot təcrübə kimi meyvəçilik rayonlarından birində meyvə bağları üzrə texniki-iqtisadi qiymətləndirmənin aparılması və elektron məlumat bazasının yaradılması
    Dekabr
  • 2.4.4.
    Kənd təsərrüfatı məhsulları üzrə qiymət informasiya sisteminə - www.aqrarbazar.az portalına supermarketlərin qiymət məlumatları bazasının inteqrasiyasının davam etdirilməsi
    İyun
  • 2.4.5.
    azagroinvest.az portalının yaradılması
    Dekabr
  • 2.4.6.
    Aqrar Kredit və İnkişaf Agentliyinin və Aqrar Xidmətlər Agentliyinin müvafiq fəaliyyətləri üzrə statistik məlumatların elektron sisteminin qurulması
    Aprel
  • 2.4.7.
    azagrodata.az statistika portalının yekunlaşdırılması
    May
  • 2.4.8.
    İnformasiya-məsləhət xidmətlərinin çevikliyinin təmin edilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün mobil aplikasiyanın tətbiq edilməsi
    May
  • 2.4.9.
    Ailə-kəndli təsərrüfatları, istixanalar, soyuducu anbar və elevatorların EKTİS-də qeydiyyatının təmin olunması
    Sentyabr
  • 2.4.10.
    EKTİS ödəniş modulunun tətbiqi ilə bağlı biznes proseslərin hazırlanması və kodlaşdırılma işləri
    May
  • 2.4.11.
    EKTİS bazası əsasında Elektron Hesabatlıq Sisteminin qurulması və hesabatların hazırlanması
    İl ərzində
  • III. AQRAR TƏDQİQATLAR MƏRKƏZİNİN İNSTİTUSİONAL POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ VƏ TƏŞKİLATİ TƏDBİRLƏR
  • 3.1. Potensialın gücləndirilməsi
  • 3.1.1.
    Tədqiqat, analitika, proqnozlaşdırma, planlaşdırma, monitorinq və qiymətləndirmə fəaliyyətləri ilə bağlı potensialın gücləndirilməsi tədbirlərinin davam etdirilməsi
    İl ərzində
  • 3.1.2.
    Ekonometrik modelləşdirmə, statistik təhlil və məlumat bazaları üzrə proqram təminatının gücləndirilməsi
    İl ərzində
  • 3.1.3.
    HR idarəetmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi
    İl ərzində
  • 3.2. İctimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlığın inkişafı və bazara təklif olunan xidmətlərin yaradılması
  • 3.2.1.
    ATM-in biznes təqdimatının (iki dildə) yenilənməsi
    Aprel
  • 3.2.2.
    ATM-in yerli və xarici tədqiqat mərkəzləri və universitetlərlə əməkdaşlığın genişləndirilməsi
    İl ərzində
  • 3.2.3.
    Aqrobiznes sektorunda fəaliyyət göstərən şirkətlərə araşdırma, analitika, informasiya və təlim xidmətlərinin göstərilməsi işinin təşkili
    İl ərzində
  • 3.2.4.
    ATM-in internet səhifəsinin rusdilli versiyasının hazırlanması
    Noyabr
  • 3.3. Doktorantura və elmi-təşkilati işlər
  • 3.3.1.
    “Kənd təsərrüfatının iqtisadiyyatı” elmi-praktiki jurnalının beynəlxalq elmi nəşrlərin indeksləşdirilməsi sistemlərinə qoşulması
    İyun
  • 3.3.2.
    “Kənd təsərrüfatının iqtisadiyyatı” mövzusunda nüfuzlu xarici müəlliflərin beynəlxalq səviyyədə tanınmış nəşriyyatlar tərəfindən çap edilmiş kitabının azərbaycan dilinə tərcümə olunması
    Noyabr
  • 3.3.3.
    “Azərbaycanda kənd təsərrüfatının dəyər zənciri üzrə inkişafı problemləri” mövzusunda elmi-praktiki konfransın keçirilməsi
    Noyabr
  • 3.3.4.
    Aqrar Tədqiqatçıların Müzakirə Platformasının (ATM Platforması) yeni formatının hazırlanması
    İl ərzində