Fəaliyyət | Aqrar Tədqiqatlar Mərkəzi

Diaqnostika və təhlil

Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən kənd təsərrüfatı sahəsində mövcud inkişaf trendləri və konyunktur dəyişikliklər təhlil olunur, cari situasiyanı şərtləndirən faktorlar müəyyən edilir, proqnoz ssenariləri verilir, ehtiyac yarandıqca siyasətə dair qərarların qəbul edilməsi üçün təklif və tövsiyələr hazırlanır. Bu məqsədlə aşağıdakı istiqamətlərdə təhlil və qiymətləndirmələr aparılır:

  • Aqrar sahə üzrə ümumi məhsulun və yaradılan əlavə dəyərin artım tempi;
  • Ərzaq məhsulları ilə özünütəminetmə və idxaldan asılılıq göstəriciləri;
  • Kənd təsərrüfatı məhsulları üzrə daxili və dünya bazar konyunkturası, qiymət dəyişmələri, bazara çıxış və bazar riskləri;
  • Aqrar sahədə məhsuldarlıq göstəricilərinə təsir edən faktorlar;
  • Kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinin iqtisadi səmərəliliyi;
  • Kənd təsərrüfatı üzrə dəyər zənciri təhlillərinin aparılması və müxtəlif sahələr üzrə istehsal potensialının inkişafı;
  • Aqrar sahənin dayanıqlı inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün investisiya ehtiyacları;
  • Fermerlərin istehsal vasitələri ilə təminatı, maliyyə xidmətlərinə və infrastruktura çıxışı;
  • Aqrar sahə üzrə tənzimləmənin və dövlət dəstəyi tədbirlərinin səmərəliliyi;
  • Aqrar sahədə məşğulluq göstəriciləri (ödənişli və ödənişsiz əmək, yaş qrupları, gender, miqrasiya, təhsil göstəriciləri və s.);
  • Kənd yerlərinin inkişafı üzrə diaqnostika.