-
I. ELMİ-TƏDQİQAT FƏALİYYƏTİ
-
1.1. “Azərbaycan Respublikasında kənd təsərrüfatının dayanıqlı inkişaf problemləri” üzrə elmi-tədqiqat mövzuları
-
1.1.1.
İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirinin qiymətləndirilməsi və proqnozlaşdırılması
Dekabr
-
1.1.2.
Kənd təsərrüfatında investisiya qoyuluşlarının və istehsal həcmlərinin iqtisadiyyata təsirlərinin xərclər-buraxılış modeli ilə qiymətləndirilməsi (UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu ilə birgə)
Dekabr
-
1.1.3.
Kənd təsərrüfatı və emalı sənayesinin qlobal dəyər zəncirinə inteqrasiyası məsələləri: ixrac potensialının dəyərləndirilməsi
Dekabr
-
1.2. “Azərbaycan Respublikasında aqrobiznes mühitinin təkmilləşdirilməsi problemləri” üzrə elmi-tədqiqat mövzuları
-
1.2.1.
Kənd təsərrüfatı məhsulları bazarında rəqabət mühitinin təkmilləşdirilməsi
Dekabr
-
II. MƏLUMAT BAZALARININ YARADILMASI, ANALİTİKA, MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ FƏALİYYƏTİ
-
2.1. Diaqnostika, təhlil və proqnozlaşdırma
-
2.1.1.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Kənd Təsərrüfatı Siyasətinin Monitorinqi və Qiymətləndirilməsi (Agricultural policy monitoring and evaluation) metodologiyası və FAO-nun Aqro-ərzaq Siyasətinin Monitorinqi və Təhlili (The Monitoring and Analyzing Food and Agricultural Policies, MAFAP) metodologiyası əsasında aqrar sahəyə dövlət dəstəyi siyasətinin təsirlərinin qiymətləndirilməsi
Sentyabr
-
2.1.2.
Avropa Birliyinin AGMEMOD modeli əsasında aqrar siyasətin nəticələrinin qiymətləndirilməsi və müxtəlif ssenarilər üzrə proqnozların verilməsi
Dekabr
-
2.1.3.
Neft-qaz resursları ilə zəngin ölkələrdə aqrar sahənin inkişaf göstəricilərinin müqayisəli təhlili
Dekabr
-
2.1.4.
Kənd təsərrüfatı məhsulları bazarı üzrə intervensiya sisteminin aqrar subsidiya mexanizmi ilə əlaqələndirilməklə yaradılmasına dair təklifin hazırlanması
May
-
2.1.5.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesi sahələri üzrə vergi-gömrük tənzimlənməsinin dəyər zənciri üzrə təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması
İl ərzində
-
2.1.6.
Ticarət üstünlüklərinin Azərbaycanın kənd təsərrüfatı məhsulları ixracının genişləndirilməsinə təsir imkanlarının qiymətləndirilməsi
Dekabr
-
2.1.7.
Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi
Dekabr
-
2.1.8.
“Qlobal və Milli Əhəmiyyətli Aqrar İrs Sistemləri” (Globally and Nationally Important Agricultural Heritage System, GIAHS) metodologiyası əsasında ölkədə müvafiq bölgələrin müəyyən edilməsi məqsədilə hüquqi bazanın yaradılması ilə bağlı təkliflərin hazırlanması
Mart
-
2.1.9.
Azad olunmuş ərazilərdə kənd təsərrüfatı məhsulları istehsalı üzrə müqayisəli üstünlüklərin müəyyən edilməsi (AMEA-nın İqtisadiyyat İnstitutu ilə birgə).
Dekabr
-
2.1.10.
Azərbaycanda damazlıq sahəsinin inkişafı üzrə Fəaliyyət Planı layihəsinin hazırlanması
İyun
-
2.1.11.
Azərbaycanda toxumçuluq sahəsinin inkişafı üzrə Fəaliyyət Planı layihəsinin hazırlanması
İyun
-
2.1.12.
Narçılıq sahəsinin dəyər zənciri üzrə diaqnostikasının aparılması
Sentyabr
-
2.1.13.
Zəfəran istehsalının dəyər zənciri üzrə inkişaf potensialının qiymətləndirilməsi
Aprel
-
2.1.14.
Ağsu rayonunda kənd yerlərinin qısa, orta və uzun müddətli sosial-iqtisadi inkişafı üzrə strateji planın hazırlanması (Ağsu rayon İcra Hakimiyyəti ilə birgə)
Dekabr
-
2.1.15.
Kənd təsərrüfatının alt-sahələrinin göstəriciləri üzrə statistik məlumatların hazırlanması
İl ərzində
-
2.2. Monitorinq və qiymətləndirmə
-
2.2.1.
“2022-2026-cı illərdə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafı üzrə Dövlət Proqramı” üzrə monitorinq və qiymətləndirmə indikatorlarının hazırlanması
Dekabr
-
2.2.2.
Fermer təsərrüfatlarının fəaliyyətinin ekoloji, iqtisadi və sosial indikatorlar üzrə dayanıqlığının qiymətləndirilməsi
Dekabr
-
2.2.3.
Kənd təsərrüfatı sahəsi üzrə əmək bazarının monitorinqinin aparılması (davamı)
Dekabr
-
2.2.4.
“Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sistemi” çərçivəsində sorğuların keçirilməsi
Noyabr
-
2.2.5.
Fermerlərin məhsul bazarına çıxışına və istehsal resurslarının əlyetərliliyinə dair monitorinqin aparılması
Dekabr
-
2.3. İlkin texniki-iqtisadi əsaslandırmaların və investisiya layihələrinin hazırlanması
-
2.3.1.
“Abşeron Aqroinnovasiya Parkı”nın təşkili üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması
Mart
-
2.3.2.
İnvitro texnologiyası ilə kartof toxumçuluğuna və meyvə tingçiliyinə dair nümunəvi investisiya layihəsinin hazırlanması
İyun
-
2.3.3.
Meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin yaradılması üzrə ilkin texniki-iqtisadi əsaslandırmaların hazırlanması
Oktyabr
-
2.3.4.
Bitki yağları (pambıq və günəbaxan yağları) sənayesi müəssisələrinin yaradılması üzrə ilkin texniki-iqtisadi əsaslandırmaların hazırlanması
Sentyabr
-
2.3.5.
İntensiv və superintensiv meyvə bağlarının salınması üzrə nümunəvi investisiya layihələrinin hazırlanması
İl ərzində
-
2.4. Məlumat bazalarının yaradılması
-
2.4.1.
İqlim və torpaq göstəriciləri üzrə məlumat bazasının və axtarış sisteminin yaradılması
May
-
2.4.2.
Kənd Təsərrüfatı Məhsulları üzrə Qiymət İnformasiya Sisteminin (
www.aqrarbazar.az portalının) təkmilləşdirilməsi
(balıq üzrə pərakəndə satış qiymətlərinin toplanması; zoğalın topdan və pərakəndə satış qiymətinin növlər üzrə toplanması)
Mart
-
2.4.3.
azagroinvest.az portalına sahə hesabatları üzrə məlumatların daxil edilməsi
Dekabr
-
2.4.4.
Aqrar Kredit və İnkişaf Agentliyinin və Aqrar Xidmətlər Agentliyinin müvafiq fəaliyyətləri üzrə statistik məlumatların elektron sisteminin qurulması
Aprel
-
2.4.5.
agrodata.az statistika portalının məlumatlarının yenilənməsi, subsidiyalar üzrə statistik hesabatların hazırlanması və portalda yerləşdirilməsi
May
-
2.4.6.
İstixanalar, soyuducu anbarlar və elevatorlar üzrə elektron uçot sisteminin qurulması
Aprel
-
III. AQRAR TƏDQİQATLAR MƏRKƏZİNİN İNSTİTUSİONAL POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ VƏ TƏŞKİLATİ TƏDBİRLƏR
-
3.1. Potensialın gücləndirilməsi
-
3.1.1.
Ekonometrik modelləşdirmə, statistik təhlil və məlumat bazaları üzrə proqram təminatının gücləndirilməsi
İl ərzində
-
3.1.2.
Tədqiqat, analitika, proqnozlaşdırma, planlaşdırma, monitorinq və qiymətləndirmə fəaliyyətləri ilə bağlı potensialın gücləndirilməsi tədbirlərinin davam etdirilməsi
İl ərzində
-
3.2. İctimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlığın inkişafı və bazara təklif olunan xidmətlərin yaradılması
-
3.2.1.
Aqrar Tədqiqatlar Mərkəzinin yerli və xarici tədqiqat mərkəzləri və universitetlərlə əməkdaşlığının genişləndirilməsi
İl ərzində
-
3.2.2.
Aqrar Tədqiqatlar Mərkəzinin Wikipedia səhifəsinin yaradılması
May
-
3.2.3.
Aqrobiznes sektorunda fəaliyyət göstərən şirkətlərə araşdırma, analitika, informasiya və təlim xidmətlərinin göstərilməsi
İl ərzində
-
3.2.4.
Agroinfo.az elektron qəzetinin fəaliyyətinin təşkil olunması
Aprel
-
3.3. Doktorantura və elmi-təşkilati işlər
-
3.3.1.
İl ərzində
-
3.3.2.
Aqrar Tədqiqatlar Mərkəzinin yaradılmasının 60 illiyi ilə bağlı yubileyi tədbirlərinin və beynəlxalq elmi konfransın keçirilməsi
May
-
3.3.3.
Aqrar Tədqiqatçıların Müzakirə Platformasının (ATM Platforması) on-line formatda təşkil olunması
İl ərzində
-
3.3.4.
“Aqrar Elm” elmi-praktik jurnalının yenilənmiş formatda nəşrinin təşkil olunması
Mart