Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən beynəlxalq təcrübədə istifadə olunan metodikalar əsasında aqrar siyasətin nəticələri ilə bağlı monitorinq və qiymətləndirmə həyata keçirilir. Bu monitorinq və qiymətləndirmə aşağıdakı istiqamətləri əhatə edir:
- Kənd təsərrüfatının dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişafı məsələləri üzrə strateji hədəf göstəricilərinin monitorinqi və qiymətləndirilməsi;
- Kənd təsərrüfatına dövlət dəstəyi siyasətinin müvafiq məqsədlər üzrə effektivliyinə dair monitorinq və qiymətləndirmənin aparılması;
- Aqrar siyasətin kənd təsərrüfatı məhsulları istehsalçılarının təsərrüfat fəaliyyətinə təsirinin monitorinqi və qiymətləndirilməsi;
- Aqrar siyasətə dair dövlət proqramlarının icrası ilə bağlı monitorinq və qiymətləndirmənin aparılması;
- Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan qurumlar tərəfindən göstərilən xidmətlərin səmərəliliyinə dair monitorinq və qiymətləndirmənin aparılması.