Fəaliyyət | Aqrar Tədqiqatlar Mərkəzi

2024

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində
Aqrar Tədqiqatlar Mərkəzinin Elmi Şurasının
23 noyabr 2023-cü il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir

 

Aqrar Tədqiqatlar Mərkəzinin 2024-ci il üzrə İş Planı

 

  • Tədbirin adı
    Məsul şəxs
    İcraçılar
    Son icra tarixi
  • I. ELMİ-TƏDQİQAT FƏALİYYƏTİ
  • 1.1. “Azərbaycan Respublikasında kənd təsərrüfatının dayanıqlı inkişaf problemləri” üzrə elmi-tədqiqat mövzuları
  • 1.1.1.
    Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində artıma təsir edən faktorların ekonometrik qiymətləndirilməsi (II Mərhələ)
    Dekabr
  • 1.1.2.
    Kənd təsərrüfatı sahəsi üzrə iqlim-həssas investisiya siyasətinin formalaşdırılması
    Dekabr
  • 1.1.3.
    Müasir dövrdə kənd təsərrüfatı sahəsi üzrə əmək bazarının inkişafı xüsusiyyətlərinin tədqiqi (II Mərhələ)
    İyun
  • 1.2. “Azərbaycan Respublikasında aqrobiznes mühitinin təkmilləşdirilməsi problemləri” üzrə elmi-tədqiqat mövzuları
  • 1.2.1.
    Kənd təsərrüfatı məhsulları üzrə qiymət siyasətinin təkmilləşdirilməsi (II Mərhələ)
    İyun
  • 1.2.2.
    Kənd təsərrüfatı sahəsi üzrə investisiya qoyuluşunun stimullaşdırılması
    Dekabr
  • II. MƏLUMAT BAZALARININ YARADILMASI, ANALİTİKA, MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ FƏALİYYƏTİ
  • 2.1. Diaqnostika, təhlil və proqnozlaşdırma
  • 2.1.1.
    Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesi sahələri üzrə vergi-gömrük tənzimlənməsinin dəyər zənciri üzrə təkmilləşdirilməsinə dair təkliflərin və müvafiq qanunvericiliyə dəyişiklik layihələrinin maliyyə-iqtisadi əsaslandırmalarının hazırlanması
    İl ərzində
  • 2.1.2.
    Aqrar subsidiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin və müvafiq qanunvericiliyə dəyişiklik layihələrinin maliyyə-iqtisadi əsaslandırmalarının hazırlanması
    İl ərzində
  • 2.1.3.
    AGMEMOD və GTAP modeli əsasında aqrar sahənin baza göstəriciləri üzrə proqnozların verilməsi
    Dekabr
  • 2.1.4.
    Fermerlərin toxumdan istifadə məsələləri üzrə diaqnostikanın aparılması
    Aprel
  • 2.1.5.
    Kartofçuluq sahəsi üzrə diaqnostikanın aparılması
    İyul
  • 2.1.6.
    Süd emalı sahəsi üzrə diaqnostikanın aparılması
    Oktyabr
  • 2.1.7.
    Ət emalı sahəsi üzrə diaqnostikanın aparılması
    Noyabr
  • 2.1.8.
    Orqanik kənd təsərrüfatının inkişafı üzrə təkliflərin hazırlanması
    Dekabr
  • 2.1.9.
    Kənd təsərrüfatının alt-sahələrinin göstəriciləri, o cümlədən xarici ticarət üzrə statistik məlumatların hazırlanması
    İl ərzində
  • 2.2. Monitorinq və qiymətləndirmə
  • 2.2.1.
    Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafı üzrə müvafiq siyasət sənədlərinə dair hesabatların hazırlanması
    Dekabr
  • 2.2.2.
    Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sistemi çərçivəsində sorğuların keçirilməsi
    Noyabr
  • 2.2.3.
    Fermerlərin məhsul bazarına çıxışına və istehsal resurslarının əlyetərliliyinə dair monitorinqin aparılması və hesabatın hazırlanması
    Yanvar
  • 2.2.4.
    Buğda istehsalı, satışı və saxlanılması üzrə fermerlər arasında sorğuların keçirilməsi
    Dekabr
  • 2.3. İlkin texniki-iqtisadi əsaslandırmaların və investisiya layihələrinin hazırlanması
  • 2.3.1.
    İntensiv fermaların yaradılması üzrə ilkin texniki-iqtisadi əsaslandırmaların hazırlanması
    İl ərzində
  • 2.3.2.
    Meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin yaradılması üzrə ilkin texniki-iqtisadi əsaslandırmaların hazırlanması
    İl ərzində
  • 2.3.3.
    Orqanik kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə ilkin texniki-iqtisadi əsaslandırmaların hazırlanması
    İl ərzində
  • 2.3.4.
    İntensiv və superintensiv meyvə bağlarının salınması üzrə ilkin texniki-iqtisadi əsaslandırmaların hazırlanması
    İl ərzində
  • 2.3.5.
    Toxumçuluq sahələri üzrə ilkin texniki-iqtisadi əsaslandırmaların hazırlanması
    İl ərzində
  • 2.4. Məlumat bazalarının yaradılması
  • 2.4.1.
    Müxtəlif regionlar və sahələr üzrə ixtisaslaşma xəritələrinin hazırlanması
    İl ərzində
  • 2.4.2.
    Kənd Təsərrüfatı Məhsulları üzrə Qiymət İnformasiya Sisteminin - aqrarbazar.az portalının fəaliyyətinin təmin edilməsi
    İl ərzində
  • 2.4.3.
    azagroinvest.az portalına sahə hesabatları üzrə məlumatların daxil edilməsi
    İl ərzində
  • 2.4.4.
    agrodata.az statistika portalının strukturunun və axtarış sisteminin yenilənməsi
    İl ərzində
  • 2.5. Nəşrlər və informativ materialların hazırlanması
  • 2.5.1.
    “Kənd təsərrüfatının iqtisadiyyatı” elmi-praktiki jurnalının nəşr olunması və müvafiq elektron bazalara inteqrasiyası agroeconomics.az
    İl ərzində
  • 2.5.2.
    Azərbaycan və ingilis dillərində “Kənd təsərrüfatı” (Agriculture in Azerbaijan) Aylıq İnformasiya Bülleteninin hazırlanması və Mərkəzin saytında yerləşdirilməsi
    Hər ay
  • 2.5.3.
    Kənd təsərrüfatının bütün sahələri və alt-sahələri üzrə arayışların hazırlanması və Mərkəzin saytında yerləşdirilməsi
    İl ərzində
  • 2.5.4.
    “Kənd təsərrüfatı və ərzaq məhsulları üzrə dünya bazar konyukturasına dair Qısa İcmal”ın hazırlanması və Mərkəzin saytında yerləşdirilməsi
    Hər ay