Aqrar Tədqiqatlar Mərkəzi kənd təsərrüfatı iqtisadiyyatı və aqrar siyasət məsələləri üzrə yüksək ixtisaslı kadrların hazırlığı üzrə təhsil proqramına malikdir. Bu proqram üzrə siyasətimizin əsasını yüksək bilik, müasir tədqiqat üsullarının öyrənilməsi və yerli şəraitdə tətbiqi, çevik, qarşıya qoyulmuş problemləri həll etmək bacarıqları olan tədqiqatçı mütəxəssislərin hazırlığı təşkil edir.
Hazırda Mərkəzdə kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları həyata keçirilir və bu proqramlar üzrə yüksək ixtisaslı kadrlar hazırlanır.
Doktorantura pilləsində təhsil əyani və qiyabi formalarda aparılır. Hazırlıq prosesində dissertasiya mövzuları müəyyən edilir, doktorantlara dissertasiyaları yüksək peşəkarlıqla yerinə yetirmələri üçün müvafiq təlimatlar və metodiki dəstək verilir, mütəmadi olaraq müzakirələr keçirilir və fəaliyyətləri dəyərləndirilir.
21 Fevral 2020
İmtahanda xarici dil və fəlsəfə fənlərindən qəbul imtahanlarında məqbul qiymət alan 3 iddiaçı iştirak edib. Attestasiya Komissiyasının tövsiyəsi əsasında Mərkəzin alimləri tərəfindən hazırlanmış imtahan biletlərini çəkərək suallara hazırlaşan iddiaçılar ...