Haqqımızda

Strategiya

Missiyamız

Aqrar sahə ilə bağlı məlumat bazasının yaradılması, təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, aqrar siyasətə dair tövsiyələrin, proqramların, layihələrin və innovativ inkişaf mexanizmlərinin hazırlanmasıdır.

Strateji baxışımız

Aqrar sahənin davamlı inkişafı tədbirləri çərçivəsində zəruri elmi əsaslandırmanı və məlumat bazalarını təmin edən “beyin mərkəzi” kimi formalaşmaqdır.

Prinsiplərimiz

Sürət – Aqrar islahatların yeni mərhələsinin tələblərinə uyğun olaraq çevik qərarların qəbul edilməsini təmin etmək məqsədilə Mərkəzdə elmi əsaslandırmaların hazırlanması işi maksimum sürətlə həyata keçirilir.
Məsuliyyət – Mərkəzin əməkdaşları kənd təsərrüfatının inkişafının təmin olunması məqsədilə aparılan elmi və analitik fəaliyyətlərin icrasına öz səlahiyyətləri çərçivəsində peşəkar məsuliyyət daşıyırlar.
Keyfiyyət – Mərkəzdə məlumat bazalarının yaradılması, tədqiqatların aparılması və analitik fəaliyyətin həyata keçirilməsi işi innovativ metodlardan və müasir texnologiyalardan istifadə olunmaqla aqrar siyasətə dair qərarlar üçün keyfiyyətli əsaslandırmaları təmin etməlidir.