Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi vakant yerlər üzrə işə qəbul elan edir. Seçimlərə peşəkarlığına, bilik və bacarıqlarına güvənən hər bir uyğun namizəd qatıla bilər.
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 2025-ci il 18 mart tarixinədək hr@atm.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində müraciətin məqsədini “CV_vakansiyanın adı” şəklində göstərmək xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vəzifə | Departament | Bölmə | Son müraciət |
---|---|---|---|
Baş mütəxəssis | Analitika departamenti | İnvestisiya layihələrinin təhlili və qiymətləndirilməsi bölməsi | 18 Mart 2025 |
Vəzifə | Departament | Bölmə | Son müraciət |
---|---|---|---|
Mütəxəssis | Analitika departamenti | İnvestisiya layihələrinin təhlili və qiymətləndirilməsi bölməsi | 18 Mart 2025 |
Qeyd: Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılmış Aqrokadr.az karyera portalında bu sahədə fəaliyyət göstərən müəssisələr, karyera imkanları və digər yeniliklərdən xəbərdar ola bilərsiniz.