02 Noyabr 2023
Azərbaycan Respublikasında qeyri-neft məhsullarının ixracının artması dövlətin iqtisadi siyasətinin prioritetlərindəndir. Bunun təmin edilməsində kənd təsərrüfatı əhəmiyyətli rol oynayır. Belə ki, 2022-ci ildə Azərbaycanın kənd təsərrüfatı və emalı məhsullarının ixrac dəyəri 1.14 milyard ABŞ dolları təşkil etmişdir. Bunun da 39.3 faizini meyvə ixracı təşkil edib.
Son illərdə intensiv meyvə bağlarının salınması üçün əkin subsidiyasının artırılması, habelə bu bağların becərilməsi üçün kənd təsərrüfatı texnika və avadanlıqlarına tətbiq edilən güzəştlər ölkədə meyvə istehsalının və ixracının artmasına səbəb olub.
Ölkənin ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü ildə Mərkəzi Aran və Mil-Muğan iqtisadi rayonlarında intensiv üsulla salınacaq şaftalı, nektarin və ərik bağlarına 4000 (dörd min) manat əkin subsidiyası veriləcək. Bu meyvə bağlarının salınması üçün əkin subsidiyasının ayrılmasında əsas hədəf Mərkəzi Aran və Mil-Muğan iqtisadi rayonlarının iqlim uyğunluğundan istifadə edərək şaftalı, nektarin və ərik meyvələrinin tezyetişən sortlarının istehsalını genişləndirməklə Azərbaycan məhsullarının xarici bazardakı payını daha da artırmaqdır.
Fermerlər intensiv şaftalı, nektarin və ərik bağlarına görə 2024-cü il üzrə qeyd edilən əkin subsidiyasını almaq üçün bəyan edilən bağlar aşağıda qeyd olunan şərtləri ödəməlidir:
Bağ salmaq istəyən fermerlər tezyetişən sortlar barədə məlumat almaq üçün Nazirliyə müraciət edə bilərlər.