06 Dekabr 2019
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağac əkilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə (ETSN) Müşfiqabad qəsəbəsində keçirilən aksiyada Kənd Təsərrüfatı Nazirliyinin kollektivi də iştirak edib.
Nazirlik nümayəndələri bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulub, Müşfiqabad qəsəbəsində ağac tinglərinin əkilməsində fəal iştirak ediblər. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yerli şərait üçün əlverişli olan müxtəlif növ ağac tingləri əkiblər.
Bu kampaniya böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliğinə, ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və insanların ətraf mühitin sağlamlaşdırılması naminə həmrəylik göstərməsinə xidmət edir.