Image

“Caspian Agro2024” sərgisi çərçivəsində Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək

13 May 2024

15-17 may tarixlərində “17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi” çərçivəsində  “Beynəlxalq Aqrar İnnovasiya Forumu” keçiriləcək. Forumda kənd təsərrüfatının müxtəlif sahələrinə dair panel müzakirələr təşkil olunacaq. “Caspian Agro 2024” çərçivəsində keçiriləcək panellərdə yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə kənd təsərrüfatının müxtəlif prioritet sahələri üzrə müzakirələr aparılacaq.

Panel sessiyalar "Dayanıqlı kənd təsərrüfatının inkişafı iqlim dəyişikliyində", “Aqrar Biznes Festivalları və əməkdaşlıq: Beynəlxalq əlaqələr və qarşılıqlı fəaliyyət prinsipləri”, “Kənd təsərrüfatında suvarmanın təşkilinə müasir baxış: problemlər və innovativ həllər”, “Sahibkarlığın stimullaşdırılması, yerli istehsala dəstək”, “Meyvə və tərəvəz məhsullarının istehsalı və emalı sahələrində müasir yanaşmalar”, “Qadınların aqrar sahədə rolu”, “Heyvandarlığın və yem istehsalının dayanıqlı inkişafı: problemlər və innovativ həll yolları”, “Agritech ekosisteminin inkişaf prespektivləri”, “İqlim hədəflərinə çatmaq üçün davamlı aqro-ərzaq sistemlərinə keçidin gücləndirilməsi. Bilik və innovasiyanın rolu”, “Kənd təsərrüfatının dayanıqlı inkişafında müasir kənd təsərrüfatı texnikalarının rolu”, “Xarici şirkətlərin uğurlu kənd təsərrüfatı təcrübələri və əməkdaşlıq prespektivləri” mövzularına həsr olunacaq.

Forumda bir sıra dövlət qurumları, yerli özəl şirkətlər, eləcə də xarici şirkətlərin ixtisaslaşmış ekspertləri kənd təsərrüfatı və iqlim dəyişikliyinin aqrar sahəyə təsiri ilə bağlı öz bilik və təcrübələrini bölüşəcəklər.

Panellərdə iqlim dəyişmələrinin kənd təsərrüfatı sektoruna təsiri və bu təsirə qarşı mübarizə üsulları, həmçinin ölkədə keçiriləcək “COP29” tədbirinin əhəmiyyəti, yerli istehsalın təşviqi, heyvandarlığın və yem istehsalının dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyinin təminatı baxımından qlobal çağırışlar və innovasiyaların roluna dair müxtəlif təqdimatlar keçiriləcək.