Image

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru İTV-nin “Diqqət mərkəzi” verilişinin qonağı olub - VİDEO

13 Yanvar 2020

Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə İTV telekanalında yayımlanan “Diqqət mərkəzi” verilişinin qonağı olub.

Mərkəz rəhbəri bu ilin əvvəlindən ət satışının 4 il müddətinə Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunmasından danışıb, bu qərarın nələrə təsir göstərəcəyini qeyd edib.

Həmçinin o, heyvan yeminin istehsalı və satışının da 4 il müddətinə ƏDV-dən azad olunmasının üstünlükləri, eləcə də ölkənin ətlə özünütəminat səviyyəsi ilə bağlı sualları cavablandırıb.

Verilişdə ət idxalı və istehlakı ilə əlaqəli bir sıra maraqlı məsələlərə toxunulub, problemlərdən bəhs edilib.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru ötən həftə bir neçə televiziya kanalının da qonağı olub, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsinin yeni mexanizminə aydınlıq gətirib.

“Diqqət mərkəzi” verilişinin videoyazısını təqdim edirik: