17 Yanvar 2020
Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə “Xəzər” televiziyasının “Xəzər aktual” verilişinin qonağı olub.
Verilişdə yanvarın 13-də Azərbaycan Respublikası Prezidentinin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə kənd təsərrüfatı sahəsi ilə bağlı müzakirə edilən məsələlər və qarşıya qoyulan məqsədlər barədə fikir mübadiləsi aparılıb.
Mərkəz rəhbəri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS), bu sistem üzərindən fermerlərə subsidiyaların verilməsinin yeni mexanizmi, ümumilikdə elektron sistemin aqrar siyasətin formalaşmasında rolundan, həmçinin ayrı-ayrı kənd təsərrüfatı məhsulları üzrə emal sənayesinin gücləndirilməsi və digər aktual məsələlərdən danışıb.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru sözügedən müşavirədə aqrar sahənin inkişafı üçün qarşıya qoyulan məsələlərlə bağlı bir neçə televiziya kanalının da qonağı olub, fikirlərini bölüşüb.
“Xəzər aktual” verilişinin videoyazısını, o cümlədən digər verilişlərin videoyazılarının keçidlərini təqdim edirik:
https://www.youtube.com/watch?v=SjbwwAd9vo4 https://www.youtube.com/watch?v=t6I4H_Zj2as
https://www.youtube.com/watch?v=J7B_Ho5SxQs&t=2s https://www.youtube.com/watch?v=WF7km3XDgF4