Image

Azərbaycan Dövlət Aqrar Universitetində Bilik Günü qeyd olunub

16 Sentyabr 2024

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Bilik Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə əvvəl Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarında keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov tələbə və müəllim heyətini Bilik günü münasibətilə təbrik edib. Bildirib ki, ADAU-nun bakalavr pilləsinə tələbə qəbulu cari il 97% təşkil edib. 24 ixtisas üzrə plan yerləri 100% dolub. Həmçinin, regionun ən yüksək bal toplayan abituriyentlərindən Zeynəb Əliyeva 682 balla Aqrar Universiteti seçib.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov yeni qəbul olan tələbələri təbrik edərək onlara nəzəri biliklərlə yiyələnməklə yanaşı praktiki və elmi-tədqiqat işlərində də yaxından iştirak etməyi tövsiyə edib. Nazir müavini ölkəmizdə aqrar elmin inkişafında ADAU-nun xüsusi rolu olduğunu və dövlətin elmə, təhsilə qayğısı nəticəsində universitetin maddi-texniki bazasının hər il daha da gücləndirildiyini diqqətə çatdırıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov çıxış edərək müəllim və tələbə kollektivinə təbriklərini çatdırıblar.

Universitetin I kurs tələbəsi Zeynəb Əliyeva çıxışında ADAU-da tədrisin keyfiyyətli formada təşkili, peşəkar müəllim kollektivinin olmasının onun seçiminə təsir etdiyini bildirib.

Sonda yüksək bal toplayan bir qrup tələbəyə qiymətli hədiyyələr və tələbə biletləri təqdim olunub.