01 Noyabr 2024
Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi və Aqrar Xidmətlər Agentliyinin elan etdiyi müsabiqəyə yekun vurulub.
Müsabiqənin yekunlarına həsr olunmuş tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə əməkdaşları təbrik ediblər. Qeyd olunub ki, müsabiqənin məqsədi əmək fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün stimulların yaradılması, işçilərin sosial müdafiəsi, peşəkar əmək fəaliyyətində özünü doğruldan mütəxəssislərin üzə çıxarılması və ruhlandırılmasından ibarətdir. Seçim zamanı yüksək peşə hazırlığı, əmək intizamı və cari ildə əldə olunan nəticələr nəzərə alınıb.
Tədbirin sonunda 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri elan edilib. Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi laboratoriyasının Toxum analizləri şöbəsinin müdiri Niftəliyev Şirvan Qüdrət oğlu ilin ən yaxşı aqronomu (toxumçuluq üzrə), Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Şəki Regional Mərkəzinin Torpaq, su, bitki və gübrə analizləri şöbəsinin baş aqrokimyaçısı Rəsulzadə Aygün Tahir qızı ilin ən yaxşı aqrokimyaçısı, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Quba Regional Mərkəzinin direktoru Babaşov Elxan Oktay oğlu ilin ən yaxşı aprobatoru, Aqrar Təlim Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin mütəxəssisi Tapdıqlı Kənan Durhəsən oğlu ilin ən yaxşı təlimçisi, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Balakən regional Mərkəzinin rəisi Səfərli Turac Bəxtiyar oğlu ilin ən yaxşı aqronomu (bitki mühafizəsi üzrə), Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin baş mühəndisi Əhmədov Hacıağa Əhməd oğlu ilin ən yaxşı fumiqasiya mütəxəssisi, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Heyvan xəstəlikləri şöbəsinin müdiri İbrahimov Yusif Süleyman oğlu ilin ən yaxşı baytar həkimi nominasiyası üzrə qalib elan ediliblər.
Qaliblər diplom və mükafatlar ilə təltif olunublar.