Image

Nazir İnam Kərimovun Saatlıda vətəndaşların qəbulu tarixi dəyişdirilib

23 Yanvar 2020

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov yanvarın 25-də saat 11:00-da Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Həmin gün, saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzində Neftçala və Salyan rayonlarından, nazir müavini Elçin Zeynalov Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində Hacıqabul rayonu və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-332-29-98), Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-355-13-38), Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-277-22-74) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.