12 Noyabr 2024
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin “Yaşıl Zona”da fəaliyyət göstərən pavilyonunda Aqrar Tədqiqatlar Mərkəzinin stendi təşkil olunub. Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən COP29-un ilk günündə təşkil olunan stenddə Mərkəzin fəaliyyətini əks etdirən materiallar sərgilənib, müxtəlif təqdimatlar edilib.
Stend ziyarətçilər tərəfindən maraqla qarşılanıb, gün ərzində onlarla yerli və xarici qonağa Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyət istiqamətləri, yaradılan məlumat bazaları, aparılan elmi tədqiqat işləri barədə ətraflı məlumat verilib.