31 Yanvar 2020
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən son 6 ayda keçirilən təlimlərdə 39921 nəfər iştirak edib.
Belə ki, avqust ayından start götürən təlimlərin 2697-si 2019-cu ildə, 91-i isə cari ildə keçirilib. Müvafiq olaraq ötən il keçirilən təlimlərə 38709 nəfər, bu ilin yanvarında isə 1212 nəfər cəlb edilib.
Nazirlik tərəfindən keçirilən təlimlərə 29781 fermerlə yanaşı, 8480 icra və bələdiyyə nümayəndəsi, Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların 907 əməkdaşı, 589 baytarlıq və 164 süni mayalanma mütəxəssisi də cəlb edilib.
Yeni subsidiya mexanizminin tətbiqi ilə bağlı keçirilən təlimlər əsasən 3 istiqamət üzrə aparılıb:
Heyvan subsidiyası ilə bağlı keçirilən təlimlər davam etdirilir, yaxın vaxtlarda “Arı subsidiyası”, “Barama subsidiyası”, “Məhsul subsidiyası” və “Toxum-ting subsidiyası” ilə bağlı təlimlərə başlanılacaq. Hazırda bununla bağlı hazırlıq işləri aparılır.