07 Fevral 2020
Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə AZTV-nin “İqtisadiyyat xəbərləri” verilişinin qonağı olub.
Mərkəz rəhbəri ilkin kənd təsərrüfatı məhsulları üzrə istehsal potensialından danışıb, emal sənayesinin potensialını dəyərləndirib: “Hal-hazırda ilkin kənd təsərrüfatı məhsulları üzrə istehsal potensialımız demək olar ki, kifayət qədər formalaşıb. İstehsalın infrastruktur təminatı, servis xidməti bazası formalaşdırılıb. Konkret olaraq emal sənayesi kontekstindən yanaşdıqda da deyə bilərik ki, emal sənayesi üçün kənd təsərrüfatında artıq kifayət qədər istehsal bazası yaranıb”.
Verilişdə eləcə də kənd təsərrüfatında maliyyələşdirmə mexanizmlərinə, bu mexanizmlərin təkmilləşdirilməsi tədbirlərinə, aqrar sahəyə investisiyaların cəlb edilməsi və s. maraqlı məsələlərə toxunulub.
Verilişin videoyazısını təqdim edirik: