17 Dekabr 2024
Təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbulu 2024-cü il dekabrın 11-dən 2025-ci il fevralın 3-nə qədər həyata keçiriləcək.
Müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlər 2025-ci il 10-16 fevral tarixlərində keçiriləcək.
Təlimlər Aqrar Sığorta Fondunun inzibati binasında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında təşkil ediləcək.
Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən keçirilir.
Təlimlər aşağıdakı növ sertifikatların verilməsi üçün müstəqil ekspert olmaq istəyən şəxslərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur:
Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 çağrı mərkəzi (və ya 055 500 84 23 nömrəsi) ilə əlaqə saxlamaq, məlumatları career@asf.gov.az elektron poçt ünvanına göndərmək lazımdır.
Təlimlərlə maraqlanan şəxslərə ilkin qeydiyyat üçün linkə daxil olaraq müraciət anketində göstərilən sualları cavablandırmaq tövsiyə olunur: https://forms.gle/TXkaAYv6Zr1oPKCHA