Image

Bölgələrdə yaşayan aztəminatlı ailələrin övladlarını sevindirmək üçün yeni aksiyaya start verilir

18 Dekabr 2024

Bölgələrdə yaşayan aztəminatlı ailələrin övladlarını sevindirmək üçün yeni aksiyaya start verilir.

Aksiya Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə baş tutur.

Məqsəd həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

Qeyd edək ki, aksiya çərçivəsində arzularını məktubla asanmektub.az saytına yerləşdirən 100 uşağın arzuları həyata keçiriləcək.