24 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar tədarük və təchizat” ASC tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilib.
Növbəti dəstək tədbirləri Ağsu, Şəki və Tərtər rayonlarında həyata keçirilib. Hər üç rayonda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadın fermerlərə heyvandarlıq və quşçuluq sahəsində təlimlər keçirilib və avadanlıqlar təqdim edilib.
Belə ki, 3 rayon üzrə ümumilikdə 17 qadın 13 ədəd yem doğrayan avadanlıq, 1 ədəd dən üyüdən, 1 ədəd seperator, 2 ədəd inkubator və 1 ədəd süd çəkən avadanlıqlarla təmin olunub.
AFAQ layihəsi ölkədə kənd təsərrüfatı sahəsində fermer qadınların fəaliyyətlərinin genişləndirilməsi, təsərrüfatlarında gəlirliliyin və məhsuldarlığın artırılması, həmçinin qadınların sahibkar fəaliyyətinin təşviqi məqsədilə icra olunur.
Bugünədək AFAQ layihəsi çərçivəsində 834 fermerə kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətlərində təlimlər keçirilib. Ümumilikdə 27 region üzrə 283 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.