03 Mart 2025
Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov “Real” televiziyasının “Orta gün” proqramının qonağı olub. Verilişdə kənd təsərrüfatı kooperativlərindən, bu kooperativlərin aqrar sahənin inkişafında rolundan söhbət açılıb.
N. Şalbuzov kənd təsərrüfatında kooperasiyanın - birgə fəaliyyətin üstünlükləri barədə danışıb, kooperativlərin iqtisadi cəhətdən səmərəliliyini, o cümlədən aqronomik baxımdan daha uyğun təsərrüfat forması olduğunu vurğulayıb.
Verilişdə, həmçinin kooperativlərin stimullaşdırılması üçün dövlət tərəfindən göstərilən dəstək tədbirlərindən danışılıb.
Verilişin videoyazısını təqdim edirik: