Image

Aqrar Tədqiqatlar Mərkəzi akademik fəaliyyətlə məşğul olanları, tədqiqatçıları, magistrant və doktorantları seminara dəvət edir

05 Mart 2025

Aqrar Tədqiqatlar Mərkəzi 10-14 mart tarixlərində “Akademik yazı və kənd təsərrüfatına dair elmi jurnallarda məqalə nəşri sahəsində tədqiqatçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda seminar təşkil edir.

Onlayn keçiriləcək seminar kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində akademik yazılara və nəşrlərə həsr edilir və akademik fəaliyyətlə məşğul olanlar, tədqiqatçılar, magistrantlar və doktorantlar üçün nəzərdə tutulub.

Seminarın məqsədi iştirakçıların nüfuzlu beynəlxalq jurnallarda elmi yazılarının dərc edilməsi sahəsində bilik və peşəkar bacarıqlarını inkişaf etdirməkdir. Seminara universitet, elmi-tədqiqat institutları və digər təşkilatlardan iştirakçılar dəvət olunur.

Seminarda həm ölkə daxilindən, həm də xaricdən nüfuzlu beynəlxalq jurnallarda elmi yazıların dərc etdirilməsi sahəsində təcrübələri olan alimlər indekslənən jurnallarda elmi məqalələrin hazırlanmasına qoyulan tələblər, jurnal seçimi və məqalənin təqdimat prosesi və s. ilə bağlı fikirlərini bölüşəcəklər.

Seminar azərbaycan və ingilis dillərində keçiriləcək, tərcümə təmin ediləcək.

Aşağıdakı cədvəldə seminarın gündəliyini təqdim edirik. gündəlikdə hər günün mövzuları, natiqlərin adları və seminarda iştirak üçün “Zoom” linkləri yer alır.

GÜNDƏLİK