11 Mart 2025
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov martın 17-də saat 09:00-da Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050 2874244) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.