Image

Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşı Bolonya universitetində magistrlərə mühazirə oxuyub

29 Mart 2025

Aqrar Tədqiqatlar Mərkəzinin Məlumat bazaları bölməsinin rəhbəri Günay Həsənli Bolonya Universitetində magistrlərə “Məsafədən müşahidə, coğrafi informasiya sistemlərindən və kənd təsərrüfatı ərazilərində vegetasiya indekslərindən istifadə edilməsi” mövzusunda mühazirə oxuyub. G. Həsənli, həmçinin tələbələrə proqram təminatlarından istifadəni praktiki tərəfdən izah edib.
Məlumat üçün bildirək ki, Günay Həsənli dünyanın ən qədim və nüfuzlu təhsil ocaqlarından olan Bolonya Universitetində “Kənd təsərrüfatı, ətraf mühit, qida elmləri və texnologiyası” üzrə doktorantura təhsili alır. Əməkdaşımız artıq 3-cü ildir ki, “Kənd təsərrüfatı mühəndisliyi” ixtisası üzrə “Kənd təsərrüfatı ərazilərində CİS və Remote Sensing Texnologiyasından istifadə etməklə ağıllı ərazi idarəedilməsinin araşdırılması” mövzusunda elmi-tədqiqat işini yerinə yetirir. Tədqiqat işinin məqsədi ərazidə zonalaşdırma aparmaq və həmin zonalara görə suvarma, gübrələmə və digər işlərin tətbiqini optimallaşdırmaqdır.