05 May 2025
Aqrar Tədqiqatlar Mərkəzinin Məlumat bazaları bölməsinin rəhbəri Günay Həsənli 27 aprel - 2 may 2025-ci il tarixlərində Avropa Yer Elmləri İttifaqının (European Geosciences Union - EGU 2025 ) illik Baş Assambleyasının Avstriyanın Vyana şəhərində keçirilən toplantısında iştirak edib. Əməkdaşımız bu mötəbər tədbirdə “Kənd təsərrüfatı tətbiqləri üçün bitki örtüyünün məsafədən müşahidəsi ilə zona yanaşmalarının müqayisəsi” mövzusunda çıxış edib. Çıxış tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Avropa Yer Elmləri İttifaqı (EGU) Avropanın əsas yer elmləri birliyidir və bütün dünyada bəşəriyyətin rifahı naminə Yer, planet və kosmosla bağlı elmlərdə mükəmməlliyə nail olmağa çalışır. EGU-nun illik Baş Assambleyasına dünyanın hər yerindən 20 minə yaxın alim qatılır.