21 İyun 2025
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən şəxslər üçün sənəd qəbulunun müddəti iyul ayının 27-nə qədər uzadılıb.
Müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlər 2025-ci il 4-11 avqust tarixlərində Aqrar Sığorta Fondunun inzibati binasında, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında təşkil ediləcək.
Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən keçirilir.
Təlimlər aşağıdakı növ sertifikatların verilməsi üçün müstəqil ekspert olmaq istəyən şəxslərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur:
İmtahanda iştirak ödənişlidir.
Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün Aqrar Sığorta Fondunun 1651 “Çağrı Mərkəzi” (və ya 055 500 84 23 nömrəsi) ilə əlaqə saxlamaq, məlumatları career@asf.gov.az elektron poçt ünvanına göndərmək lazımdır.