Image

ATM-in direktor müavini “ATV səhər”in qonağı oldu - VİDEO

29 İyun 2020

Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktor müavini Namiq Şalbuzov ATV telekanalının “ATV səhər” proqramının qonağı olub. Direktor müavini əvvəlcə Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Daha sonra N.Şalbuzov sərt karantin müddətində kənd təsərrüfatı istehsalçılarının sərbəst hərəkəti üçün dövlət tərəfindən yaradılan şəraitdən danışıb, ümumilikdə koronavirus pandemiyasının Azərbaycanın kənd təsərrüfatına təsirlərini şərh edib.

Eləcə də direktor müavini ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması yönündə son illər aqrar sahədə görülən işlərdən, kənd təsərrüfatı ilə əlaqəli emal sənayesinin potensialından danışıb, perspektivləri əyani misallar və real rəqəmlərlə göstərməyə çalışıb.

Bir sıra maraqlı məqamların müzakirə edildiyi verilişin videoyazısını təqdim edirik: