Image

ATM-in əməkdaşı "Biznes Azərbaycan"a danışdı - VİDEO

01 İyul 2020

Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) Analitika departamentinin müdir müavini Səadət Hacıyeva İctimai Televiziyanın (İTV) "Biznes Azərbaycan" proqramının qonağı olub.

Verilişdə söhbət əsasən “Covid 19” pandemiyası dövründə Azərbaycanda aqrar sahənin vəziyyəti, sərt karantin rejiminin kənd təsərrüfatı işlərinin görülməsinə təsiri barədə olub.

Eləcə də ATM əməkdaşı kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, mövsümi meyvələrin qiymətləri barədə sualları cavablandırıb, faktlarla, real rəqəmlərlə vəziyyətə aydınlıq gətirib.

Həmçinin verilişdə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyindən söhbət açılıb, bu dəstəyin mexanizmləri barədə məlumat verilib.

Daha bir sıra maraqlı məqamların müzakirə edildiyi verilişin videoyazısını təqdim edirik: