Image

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə “ARB 24”-ün “Gündəm”ində - VİDEO

20 İyul 2020

Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə “ARB 24” telekanalının “Gündəm” verilişinin qonağı olub. Verilişdə əsasən ölkəmizin ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilib.

Mərkəz rəhbəri bildirib ki, son vaxtlar ərzaq məhsulları ilə özünütəminat sahəsində göstəricilərimiz əhəmiyyətli dərəcədə yüksəlib: “Göstəricilər əsasən belə xarakterizə olunur: bu gün ət və süd məhsulları üzrə özünütəminat göstəriciləri 80-90 faiz arasında dəyişir. Bütün meyvə-tərəvəz üzrə göstəricilərimiz təminatdan yuxarıdır və biz bu məhsulları ixrac edirik. Kartof üzrə özünütəminatımız 100 faizə yaxınlaşır. Özünütəminatımızda idxaldan asılı olduğumuz məhsul əsasən buğdadı”.

Eləcə də verilişdə istehsal, infrastruktur, emal sənayesinin vəziyyəti, perspektivlər barədə maraqlı müzakirələr aparılıb.

Verilişin videoyazısını təqdim edirik: