Image

Firdovsi Fikrətzadə AZTV-nin “Telesəhər” verilişinin qonağı olub - VİDEO

09 Oktyabr 2020

Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə Azərbaycan Televiziyasının “Telesəhər” proqramının qonağı olub.

Verilişdə cəbhəboyu ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin təşkili, pandemiya şəraitində kənd təsərrüfatı məhsulları ilə təminat məsələlərindən bəhs olunub.

“Vətən müharibəsi apardığımız, bütövlükdə ölkənin qələbə əzmində olduğu bir vaxtda bizim də bütün fikirlərimiz, planlarımız yalnız bunun üzərindədir ki, arxa cəbhə olaraq kənd təsərrüfatı hər hansı problem olmadan öz fəaliyyətini əvvəlki sürəti ilə davam etdirməlidir”, -deyən mərkəz rəhbəri eləcə də verilişdə hərbi vəziyyət dövründə kənd təsərrüfatı fəaliyyətinin həyata keçirilməsi qaydalarından danışıb, bu barədə tamaşaçılara ətraflı məlumat verib.

Firdovsi Fikrətzadənin işğalda olan torpaqlarımızın kənd təsərrüfatı potensialından danışması, azad olunandan sonra həmin ərazilərdə kənd təsərrüfatının bərpası yönündə nəzərdə tutulan tədbirlər barədə məlumat verməsi isə verilişin ən maraqlı məqamlarındandır.

Verilişin videoyazısını təqdim edirik: