Image

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru AzTV-yə düşmənin aqrar sektora vurduğu zərərdən danışıb - VİDEO

20 Oktyabr 2020

Ermənistan silahlı birləşmələrinin mülki əhalini, təsərrüfat obyektlərini atəşə tutması kənd təsərrüfatı sahəsində ciddi çətinliklər yaradıb. Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə bu çətinliklər barədə Azərbaycan Televiziyasına danışıb.

Mərkəz rəhbəri qeyd edib ki, yetişmiş məhsulun yığılmasında problemlər yaranıb: “Bu baxımdan xüsusilə cəbhəyanı bölgələrdə həm pambıq, həm də Ağdam rayonunda soğanın yığılmasında problem oldu. Digər tərəfdən də cəbhəyanı şəhər və rayonlarımızda bazarların fəaliyyət göstərməməsi səbəbindən fermerlər məhsullarını daha çox Bakı ətrafındakı topdansatış bazarına gətirirlər ki, bu da burada bəzi meyvə-tərəvəz məhsullarında təklifin həddən artıq artmasına və qiymətlərin fermerlər üçün əlverişsiz həddə qədər ucuzlaşmasına gətirib çıxarır”.

F.Fikrətzadə, həmçinin düşmən işğalı altında uzun illər qalmış ərazilərimizdə kənd təsərrüfatına, onun infrastrukturuna dəymiş ziyanın ümumi miqyasını da təsvir edib.

Müsahibənin videoyazısını təqdim edirik: