Image

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru “Xəzər xəbər”in xüsusi buraxılışının qonağı olub - VİDEO

23 Oktyabr 2020

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə “Xəzər” televiziyasının “Xəzər xəbər” proqramının xüsusi buraxılışının qonağı olub, tanınmış aparıcılar Həmid Herisçi və İlhamiyyə Rzanın suallarını cavablandırıb.

Verilişdə söhbət əsasən uzun müddət işğal altında qalan torpaqlarımızda kənd təsərrüfatına, onun infrastrukturuna dəymiş ziyan, işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının bərpası, perspektivlər, gözləntilər barədə olub.

Mərkəz rəhbəri qeyd edib ki, artıq bu yöndə hesablamalar aparılır, proqnozlar verilir, həmçinin real addımlar atılmaqdadır: “Biz bu gün müqəddəs Vətən müharibəsi aparırıq. Vətən amalının qarşısında isə torpağın heç bir maddi əhəmiyyəti yoxdur bizim üçün. Amma iqtisadçı nöqteyi-nəzərindən baxsaq, hesablamalar göstərir ki, Dağlıq Qarabağ və ətraf rayonların işğal altında qalması səbəbindən bizim bugünkü kənd təsərrüfatı istehsalımıza nəzərən hər il 8-10 faiz həcmində itkimiz olub”.

İqtisadçı alim bildirib ki, artıq itkilərimizin bərpası, ümumilikdə işğaldan azad olunan torpaqlarda kənd təsərrüfatının, iqtisadiyyatın digər sahələrinin bərpası yönündə işlərə başlanılıb və bu, quruculuq işlərinin nümunəvi model əsasında sürətlə həyata keçəcəyini deməyə əsas verir.   

Eləcə də proqramda bir sıra maraqlı məqamlara toxunulub.

Verilişin videoyazısını təqdim edirik: