26 Oktyabr 2020
Ermənistan silahlı qüvvələri tərəfindən Tərtərdəki pambıq zavodunun atəşə tutulması göstərdi ki, düşmən artıq yalnız hərbi mövqelərimizi, mülki obyektlərimizi deyil, kənd təsərrüfatı təyinatlı mülki obyektlərimizi də hədəfə götürüb. Bu isə cəbhəyanı bölgələrdə kənd təsərrüfatı işlərinin aparılmasında bir sıra çətinliklər yaradıb.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə “Real” televiziyasına bu çətinliklər barədə danışıb.