28 Oktyabr 2020
Ermənistanın işğalı nəticəsində Azərbaycanın kənd təsərrüfatına 20 milyard manatdan çox ziyan dəyib. Torpaqlarımız işğaldan tam azad olunduqdan sonra 155 min hektar sahə yenidən əkin dövriyyəmizə daxil ediləcək. Bu regionda yaradılacaq istehsalın dəyəri indiki kənd təsərrüfatı istehsalı göstəricilərinə nisbətdə 8 faizdən yuxarı olacaq.
Bunun Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə “Xəzər” televiziyasına deyib.