28 Oktyabr 2020
İşğala qədər Qubadlı rayonunun iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. Rayonda ildə 15 min tona yaxın taxıl məhsulları,12 min tona yaxın yem, orta hesabla 2 min ton tütün, 1.2 min tonadək ət və 2 min tona qədər süd məhsulları istehsal olunurdu. Dövlətə ildə orta hesabla 3 min ton üzüm satılırdı. Həmçinin ildə 60-70 ton barama təhvil verilirdi.
Bəs, işğaldan azad olunan Qubadlı rayonunun bundan sonrakı iqtisadi potensialı necədir? Bu rayonda kənd təsərrüfatının bərpası hansı perspektivləri vəd edir?
Bu suallara Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin müdir müavini, Diaqnostika, proqnozlaşdırma və planlaşdırma bölməsinin rəhbəri Səadət Hacıyeva ARB 24 telekanalının efirində cavab verib.