06 Noyabr 2020
Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) Analitika departamentinin müdir müavini Səadət Hacıyeva Azərbaycan Televiziyasının “Telesəhər” proqramının qonağı olub.
Verilişdə söhbət işğaldan azad olunan torpaqlarımızda kənd təsərrüfatının bərpası üçün Fəaliyyət Planının hazırlanmasından gedib. S.Hacıyeva bildirib ki, artıq işğaldan azad olunan torpaqlarımızda kənd təsərrüfatının gələcək planlaması ilə bağlı işlərə başlanılıb.
ATM əməkdaşı bir sıra maraqlı məqamlara toxunub, proqnozlar, perspektivlər barədə konkret hesablamalara əsaslanan göstəriciləri qeyd edib, kənd təsərrüfatının ayrı-ayrı istehsal sahələri ilə bağlı gələcək mənzərəni rəqəmlərlə ifadə edib.
Verilişin videoyazısını təqdim edirik: