Image

ATM və AKIS arasında əməkdaşlıq memorandumu imzalanıb

24 Mart 2026

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədqiqatlar Mərkəzi (ATM) ilə Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatı Bilikləri və İnnovasiya Sistemi (AKIS) arasında əməkdaşlıq memorandumu imzalanıb.

İmzalanma mərasimi Özbəkistanın paytaxtı Daşkənd şəhərində İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə keçirilən "Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma" mövzusunda aqrobiznes forumu çərçivəsində təşkil olunan Azərbaycan və Özbəkistan kənd təsərrüfatı nazirlərinin görüşündə baş tutub, sənədi ATM-in direktoru Rəşad Hüseynov və AKIS-in direktorunun birinci müavini Oybek Amanov imzalayıb.

Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər aqrar tədqiqatlar və elmi araşdırmalar sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.