Image

ATM-in direktor müavini AzTV-nin “İqtisadiyyat xəbərləri”nə pambıqçılıqdakı uğurlardan danışıb - VİDEO

20 Noyabr 2020

Azərbaycan fermerləri ötən illərdə olduğu kimi, bu il də pambıqçılıqda yüksək məhsuldarlıq göstəriciləri əldə ediblər. Ötən il sahələrdən 295 min ton pambıq yığılmışdısa, bu il fermerlər məntəqələrə 300 min tondan artıq pambıq təhvil veriblər. 2020-ci ildə pambıq üzrə orta məhsuldarlıq 30 sentneri keçib ki, bu da Azərbaycanın pambıqçılıq tarixində qeydə alınan ən yüksək göstəricilərdən biridir.

Ölkədə pambıqçılığın inkişafı ilə bağlı bu və digər məsələlər barədə Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov Azərbaycan Televiziyasının “İqtisadiyyat xəbərləri" verilişində danışıb.

Verilişin videoyazısını təqdim edirik: