01 İyun 2026
Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Səadət Hacıyeva Baku TV-də yayımlanan “Aktual Gündəm” proqramının qonağı olub. O, veriliş zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti, gələcək icra mexanizmləri, qarşıya qoyulan hədəflər və həlli nəzərdə tutulan məsələlər barədə danışıb.
Direktor müavini çıxışında ərzaq təhlükəsizliyi, fermerlərin dəstəklənməsi, aqrar sahədə qanunvericiliyin təkmilləşdirilməsi, insan kapitalının inkişafı, torpaq və su ehtiyatlarından səmərəli istifadə kimi mövzulara toxunub.
O, həmçinin kənd təsərrüfatı sahəsində konsolidasiya və infrastruktur təminatı, əkinə yararlı yeni torpaqların dövriyyəyə cəlb olunması, təsərrüfatların kooperativləşməsi ilə bağlı nəzərdə tutulan hədəfləri diqqətə çatdırıb. Bundan əlavə, suvarma sahəsində görülən işlər, qarşıya qoyulan məqsədlər, rəqəmsallaşma və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə məlumat verib.
Verilişin videosunu təqdim edirik: