Image

Gündüz Məmmədov: Dövlət Proqramı kənddə məşğulluğu artıracaq

01 İyun 2026

Aqrar Tədqiqatlar Mərkəzinin Tədqiqatlar departamentinin müdiri Gündüz Məmmədov ATV telekanalına müsahibəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nı şərh edib.

O bildirib ki, Dövlət Proqramı kənd yerlərində məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılması, istehsal və emal imkanlarının genişləndirilməsi, eləcə də kənd əhalisinin gəlir mənbələrinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Gündüz Məmmədovun sözlərinə görə, nəzərdə tutulan tədbirlər kənd əhalisinin yaşadığı ərazilərdə qalmasını təşviq edəcək və miqrasiyanın azalmasına töhfə verəcək.

Müsahibənin videosunu təqdim edirik: