02 İyun 2026
Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov CBC FM Azerbaijan radiosunda yayımlanan “İqtisadi həftə” proqramının qonağı olub.
O, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə barədə danışıb. Namiq Şalbuzov müşavirənin əhəmiyyəti, dövlət başçısı tərəfindən vurğulanan məsələlər, verilən tapşırıqlar və kənd təsərrüfatı naziri Məcnun Məmmədovun çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Direktor müavini bildirib ki, müşavirədə ərzaq təhlükəsizliyi, torpaq və su resurslarından səmərəli istifadə, kənd yerlərində əhalinin rifahının yaxşılaşdırılması kimi mühüm məsələlər diqqət mərkəzində olub.
O, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlər və hədəflənən göstəricilər barədə məlumat verib.
Namiq Şalbuzov çıxışında buğda istehsalında məhsuldarlığın artırılması, ixracın diversifikasiyası, heyvandarlıqda intensiv inkişaf tədbirləri, aqrar sektorda yeni dövlət dəstəyi mexanizmləri və özəl investisiyaların cəlb edilməsi məsələlərinə də toxunub.
Verilişin videosunu təqdim edirik: